Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Litva arasında həm dostluq münasibətləri, həm də iqtisadi sahədə geniş imkanlar mövcuddur

0

  •          Vətən müharibəsindən sonra dinc quruculuq işlərini önə çəkən Azərbaycan, eyni zamanda​ həm iqtisadi sahədə, həm də daxili və xarici siyasətdə müəyyən uğurlar əldə etmək əzmindədir. Bu baxımdan mayın 18- də Litva respublikasının prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri böyük əhəmiyyətə malik hadisə kimi qiymətləndirilməlidir. Səfər zamanı tərəflər arasında iqtisadi və siyasi sahələri əhatə edən bir çox məsələlər müzakirə edilmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​             Prezidentlərin görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi Litva respublikasının prezidenti Gitanas Nausedanın geniş nümayəndə heyəti ilə birlikdə ölkəmizə səfəri Avropa İttifaqı- Azərbaycan əməkdaşlığına öz töhfəsini verəcəkdir. Qeyd olunmuşdur ki, Avropa İttifaqında Azərbaycanla bağlı müxtəlif məsələlərin müzakirəsi zamanı daim ölkəmizin haqq işini dəstəkləmişdir. Bir çox məsələlərdə də hər iki ölkənin mövqeyi üst-üstə düşür. Bu nöqteyi nəzərdən ölkələrimiz arasındakı sıx​ əməkdaşlıq hər iki ölkənin mənfeyinə uyğundur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​            Görüşdə çıxış edən Azərbaycan respublikasının prezidenti İlham Əliyev qeyd etmişdir ki, iki ölkə arasındakı potensial əməkdaşlıq sahələri informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqlyyata qədər bir çox sahələri əhatə edir. Göründüyü kimi iki ölkə arasında həm dostluq münasibətləri, həm də iqtisadi sahədə geniş imkanlar mövcuddur. Dövlət başçılarının hazırkı görüşü bu münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Prezidentlər görüş zamanı Azərbaycan -Ermənistan münasibətlərinə də toxunmuşlar. Azərbaycan prezidenti ölkəmiz bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır və bu mövqeyinə daim sadiqdir. Təəssüflər olsun ki, Ermənistanın qeyri- konstruktiv mövqeyi ucbatından erməni hərbi birləşmələri vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarını sülh yolu ilə azad etməmiş, ölkəmiz öz torpaqlarını müharibə yolu ilə azad etmək məcburiyyətində qalmışdır. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmişdir. Ermənilər 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərdə daşı daş üstündə qoymamış, şəhər və kəndlərimizi vəhşicəsinə darmadağın etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Prezident onu da qeyd etmişdir ki, Litva respublikasının prezidenti daha sonra Ermənistana səfər edəcəkdir. O zaman hər şeyin canlı şahidi olacaqdır. Məlum olacaqdır ki, Azərbaycan bölgədə sülhün bərqərar olması üçün əlindən gələni edir. Azərbaycandan fərqli olaraq Ermənistandakı bəzi revanşist qüvvələr yenə də suyu bulandırmağa çalışır, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədirlər. Bütün maneələrə baxmayaraq Azərbaycan bölgədə sülhün təmin olunması üçün əlindən gələn bütün imkanlardan sonuna qədər yararlanmağa çalışacaqdır.​ ​ ​ ​Məmməd Nağıyev,Azərbaycan Respublikasının Əməkdar həkimi, Xocalı rayon ziyalısı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib32 dəfə
    Azərbaycan Litva arasında həm dostluq münasibətləri həm iqtisadi sahədə geniş imkanlar mövcuddur

    Maraqlı gələ bilər
    29
    40
    0